Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edib

Sərnişinlərdən avtobus gözləyərkən diqqətli olmaları xahiş olunub

 

"Hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq".

 

AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin sərnişinlərə müraciətində bildirilir.

 

"Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

 

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz", - deyə qurum bəyan edib.

Müəllif: Ayna.az      6 Aprel 2021 09:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin