Əsas səhifə Haqqımızda Xəbər lenti

Co Baydenin oğlu: “20 illik ailəmi narkotik dağıtdı, izimi itirdim”

Co Baydenin oğlu: “20 illik ailəmi narkotik dağıtdı, izimi itirdim”

Hunter Bayden Burisma qaz şirkətinin idarə heyətindəki işindən aldığı məvacib alkoqol və narkotikə xərclədiyini etiraf edib

 

ABŞ Prezidenti Co Baydenin oğlu Hunter Bayden Ukraynanın Burisma qaz şirkətinin idarə heyətindəki işindən aldığı məvacib alkoqol və narkotikə xərclədiyini etiraf edib. Bu barədə 6 apreldə satışa çıxarılacaq "Gözəl şeylər" kitabında yazılıb. AYNA xəbər verir ki, oğul Baydenin həyatı ilə bağlı mətndən fraqmentlər “The Washington Post” tərəfindən dərc edilib.

 

H.Baydenin sözlərinə görə, Burismadan alınan pullar yalnız ailəsi və karyerası ilə münasibətlərini məhv edən alkoqol və narkotikdən asılılığı daha da artırıb.

 

Bayden xatirələrində reabilitasiya mərkəzlərində müalicə də daxil olmaqla, 2015-ci ildə qardaşının xərçəng xəstəliyindən öldüyündən sonra narkomaniya ilə necə mübarizə apardığına aydınlıq gətirib: “Yalnız son beş ildə iyirmi il davam edən evliliyim dağıldı, bir anda izimi itirdim, motellərdə yaşadım, gecəsinə 59 dollar ödədim. Ailəm özümdən daha çox əziyyət çəkdi”.

 

Oğul Bayden onu da bildirib ki, nə özü, nə də atası heç vaxt qanunsuz bir iş görməyib.

 

Qeyd edək ki, H.Bayden dəfələrlə mətbuatın və atasının Respublikaçılar Partiyasından olan əleyhdarlarının diqqətini çəkib. Hər şeydən əvvəl bu, Ukraynada fəaliyyət göstərən Burisma neft və qaz şirkəti ilə bağlı yeni sübutların aşkarlanması ilə əlaqəli idi.

Müəllif: Ayna.az      1 Aprel 2021 12:33
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin