Əsas səhifə Haqqımızda Xəbər lenti

Roma Papası İraqda 1.4 min kilometr yol qət edib

Roma Papası İraqda 1.4 min kilometr yol qət edib

Papa Fransiskin İraqa tarixdə ilk apostol səfəri başa çatıb

 

Roma Papası Fransiskin İraqa tarixdə ilk apostol səfəri başa çatıb. AYNA xarici mediaya istinadən bildirir ki, Papanı Bağdad beynəlxalq hava limanından ölkənin ali rəhbərliyinin nümayəndələri və qvardiyaçıların qarovulu yola salıb.

 

Papa İraqda olduğu dörd gün ərzində 1,4 min kilometr yol qət edib. O, martın 5-də Bağdada gəlib, sonrakı günlərdə Mosul və Ərbilə gedib. Nəcəf şəhərində İraq şiələrinin lideri ayətullah Əli əl-Sistani ilə görüşüb.

 

Müəllif: Ayna.az      8 Mart 2021 17:14
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin