Əsas səhifə Haqqımızda Xəbər lenti

FIFA əfsanəvi futbolçu ilə bağlı işə xitam verib

FIFA əfsanəvi futbolçu ilə bağlı işə xitam verib

Horst Rudolf Şmidt və Teo Tsvantsigerin də işinin bağlandığı elan edilib

 

FIFA-nın müstəqil etika komitəsinin məhkəmə palatası 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının Təşkilat Komitəsinin keçmiş sədri, saxtakarlıqda ittiham olunan Frants Bekkenbauerlə bağlı işə xitam verib.

 

AYNA qurumun rəsmi saytına istinadənxəbər verir ki, buna iddia müddətinin başa çatması səbəb olub.

 

Həmçinin ali futbol qurumu sözügedən məsələdə günahlandırılan Horst Rudolf Şmidt və Teo Tsvantsigerin də işinin bağlandığını elan edib.

 

Qeyd edək ki, 2016-cı ildə "Spiegel" nəşri Almaniyanın FIFA İcraiyyə Komitəsindəki dörd məmura rüşvət verdiyini yazıb. Qəzetin iddiasına görə, ölkədəki rəqabət komissiyası bunun üçün gizli fond yaradıb. O vaxt "Adidas" rəhbəri olan Luis-Dreyfusun fonda 10,3 milyon İsveçrə frankı bağışladığı bildirilib. Almaniya millisinin əfsanəvi futbolçusu Frants Bekkenbauerin həmin fondun yaradılmasından xəbər olduğu vurğulanıb.

Müəllif: Ayna.az      26 Fevral 2021 06:14
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin