Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Səhiyyə Nazirliyi: Vaksinasiya edilənlərin sayının artması ölkədə yayılan COVID-19 infeksiyasının qarşısını alacaq

 

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, fevralın 23-nə olan məlumata görə 200 mindən çox vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib.

 

Xatırladaq ki, 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/  sayta daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

 

Bu səbəbdən də vaksinasiya edilənlərin sayının artması ölkədə yayılan COVID-19 infeksiyasının qarşısını alacaq.

Müəllif: Ayna.az      23 Fevral 2021 15:08
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin