Əsas səhifə Haqqımızda Xəbər lenti

Neftin qiyməti bahalaşıb

Neftin qiyməti bahalaşıb

Azərbaycan nefti 64 dollardan baha satılır

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar artaraq 66,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,25 dollar bahalaşaraq 61,49 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də artıb. Belə ki, “Azeri Light” markalı neftin bir bareli 0,84 dollar və ya 1,32 faiz bahalaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 64,57 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Müəllif: Ayna.az      23 Fevral 2021 10:54
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin