Əsas səhifə Haqqımızda Xəbər lenti

Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd edilib - VİDEO

Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd edilib -     VİDEO

Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb

 

Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 

Müdafiə Nazirliyinindən AYNA-ya verilən məlumata görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

 

Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

Müəllif: Ayna.az      20 Yanvar 2021 15:13
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin