Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda işarət dilində ilk film: “Mənim hekayəm”

Azərbaycanda işarət dilində ilk film: “Mənim hekayəm”

Film dünyanın 57 şəhərində tamaşaçılara təqdim edilib

 

“Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin təsisçisi Mahmud Səfərov 2015-ci ildən başlayaraq eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün Azərbaycanda ilk dəfə “Jest dili”ndə çəkilən qısametrajlı filmlərin və sosial çarxların müəllifidir. AYNA xəbər verir ki, Mahmud Səfərovun “Jest dili”ndə olan Çarli Çaplin obrazında qısametrajlı filmi 2017-ci ildə Azad Azərbaycan Televiziyasında (ATV) yayımlanan “VineShow” yarışmasında finala vəsiqə qazanıb.

 

Bununla yanaşı, Mahmud Səfərov 2018-ci ildə Azərbaycanda ilk dəfə  “jest dili”ndə Fuad Tofiqoğlunun rejissorluğu və Ramil Musanın ssenarisi əsasında çəkilən “Mənim hekayəm” adlı tammetrajlı filimin baş qəhramanını canlandırıb. 2019-cu ildə Mədəniyyət Nazirliyinin icazəsi ilə “Mənim hekayəm” filminin Nizami Kinoteatrında Qala gecəsi keçirilib.

 

Film Azərbaycan sərhədlərini də aşaraq, müxtəlif ölkələrdə təqdimatı keçiriib. Belə ki, Rusiya, Belarus, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, İran və Gürcüstan kimi ölkələrin kinoteatrlarında filmin təqdimat mərasimi keçirilib. Bununla yanaşı, film Türkiyənin Bursa, İzmir, Ankara və İstanbul şəhərlərində, Gürcüstanın Batumi, Tibilisi, Rusiyanın Moskva daxil olmaqla 57 şəhərində tamaşaçıların görüşünə gəlib.

 

Azərbaycanda ilk dəfə Jestikayla çəkilmiş tammetrajlı film olan “Mənim hekayəm” filmi bir çox ölkələrin Qeyri Hökumət Təşkilatları tərəfindən təşəkkürnamələrlə təltif olunub. Hazırda “Səssiz Dünya” İşarət Dilində Danışan  Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi, Azərbaycan Film Akademiyasi ilə əməkdaşlıq edərək, eşitmə məhdudiyyəti olan şəxslərlə film çəkilişlərinə hazırlaşır.

 

Azərbaycan Film Akademiyasının təşkil etdiyi kastinqdə “Səssiz Dünya” İctimai Birliyinin bir neçə üzvləri də öz aktyorluq bacarıqlarını nümayiş etdirib.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      8 Yanvar 2021 12:06
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin