Əsas səhifə Haqqımızda Xəbər lenti

Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləməyib

Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləməyib

"Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanımır”

 

Fransanın Xarici İşlər Nazirliyi ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib. Bu barədə AYNA Fransa XİN-nin bəyanatına istinadən xəbər verir.

 

“Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsi qəbul olunub. Səsvermə öncəsi aparılan müzakirələr zamanı Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan hökumətin bu mövzuda tutduğu mövqeyi xatırladıb. Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanımır”-deyə, bəyanatda qeyd olunub.

Müəllif: Ayna.az      27 Noyabr 2020 01:52
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin