Əsas səhifə Haqqımızda Xəbər lenti

Vaxtilə ermənilər deyirdi, indi biz: “Qanla aldığımız torpaqlar danışıqlar mövzusu deyil”

Vaxtilə ermənilər deyirdi, indi biz: “Qanla aldığımız torpaqlar danışıqlar mövzusu deyil”

BMT Təhlükəsizlik Şurasında da Qarabağdakı status-kvonun tamamilə dəyişdiyini başa düşürlər

 

“Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri hələ tam olaraq həll etməyib. Mülki itkilər də daxil olmaqla, bu qədər güc tətbiq edildikdən sonra, düşünürəm ki, bu mərhələdəki predmetli danışıqlar barədə söhbətlər və ya atəşkəs haqqında hər hansı bir müzakirə Azərbaycan üçün çox maraqlı deyil”.

 

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov AYNA-ya açıqlamasında belə deyib. Bildirib ki, hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edir: “Çətin ki, Moskva bu dəfə münaqişənin xilaskarı və sülhməramlı rolunu oynamağa cəsarət edə. Ancaq burada başqa bir sual var: Ermənistan kimi bir tərəfdaş Moskva üçün heç bir maraq kəsb etmir. Hələlik məsələlərin heç birinin tam həll olunmadığını deyə bilərik və bu səbəbdən status danışıqları və ya hər hansı bir prinsip haqqında danışmaq lazım deyil”.

Tofiq Zülfüqarov — Vikipediya

Qarabağdakı müharibə ilə əlaqədar diplomatik cəbhədə gedən proseslərdən danışan analitikin sözlərinə görə, bu müstəvidə vəziyyət güc tətbiqetmə ehtimalını qiymətləndirərkən meydana gələn bütün gözləntilərə uyğun inkişaf edir: “Birincisi, güc tətbiqi münaqişə zonası ilə məhdudlaşır. Ermənistan münaqişə zonasını genişləndirmək üçün hər cür cəhd göstərdi, lakin ümidləri puç oldu və indi İrəvan öz ərazisindən raket hücumları praktikasından uzaqlaşmağa başlayıb. Bu əməldən beynəlxalq aləmdən alınan qınaqdan başqa heç bir fayda görə bilmədi”.

 

“İkincisi, müxtəlif diplomatik təşəbbüslərə gəldikdə, burada biz barışıq və atəşkəs çağırışlarından və Ermənistanın Rusiya Xarici İşlər Nazirliyindən dəstək istəməsindən başqa bir şey görmürük. BMT Təhlükəsizlik Şurasının iki iclasına diqqət yetirsək, onlar da çox güman ki, status-kvonun tamamilə dəyişdiyini və bunun müqabilində ediləcək bir şey olmadığını başa düşüblər”, - Zülfüqarov vurğulayıb.

 

Politoloq İlqar Vəlizadə də hazırda danışıqların lüzumsuz olduğu qənaətindədir. AYNA-ya şərhində deyib ki, indi ortada danışıqlar prosesinin yalnız xarabalıqları qalıb.

 

“Silahlar danışanda diplomatiya susur və ya əksinə. Silahların indi nədən danışdığı aydındır. Münaqişənin həlli üçün həmişə diplomatik danışıqlar masası var, bütün müharibələr masada sonlanır. Buna baxmayaraq, indiki şəraitdə də münaqişədən sonrakı sülh barədə düşünməliyik. İndi danışıqlar prosesi toplarla bombalandı və artıq Bişkek protokolları və digər formatlardan danışmaq mümkün deyil. İndi yalnız danışıqlar prosesinin xarabalıqları var və biz şərtlərimizi ermənilərə, ermənilər də bizə açıq bildirir”, - ekspert bildirib.

По следам Президента: с какой целью Ильхам Алиев совершил визит в Польшу? |  1news.az | Новости

Vəlizadənin sözlərinə görə, bu gün statusdan yalnız erməni tərəfi və həmsədrlər danışır, amma əslində danışıqlar aparılmır: “Danışıqlar olmadığı üçün hər hansı bir spesifik statusdan söhbət gedə bilməz. Yalnız atəşkəs barədə danışıqlar baş tuta bilər ki, bu da əsl danışıqlar prosesi demək deyil. Bu gün hərbi vəziyyət, indiyə qədər bu müddətdə danışıqlar zamanı istifadə olunan bir “bufer zona” olmadığını göstərir və buna görə Qarabağ ermənilərinin statusu barədə də heç bir söhbət yoxdur. Bütün bunlar müvəqqəti status, Laçın və Kəlbəcər - iki rayonunun geri qaytarılması, digər dəhlizlər, bütün bunlar tarixin arxivinə köçdü. Bütün bu söhbətlər məhz erməni tərəfinin günahı ucabtından arxivə göndərildi”.

 

Müharibədən sonrakı dövrdə iki ölkənin gələcəyinin necə inkişaf edəcəyindən danışan politoloq söyləyib ki, bu gün mövqelərə yenidən baxılmasını tələb edən yeni şərtlər meydana çıxır: “Erməni tərəfi bizə həm rəsmi səviyyədə, həm də şəxsi danışıqlar zamanı deyirdi ki, “Bu əraziləri qan töküb almışıq və qansız da onları sizə verməyəcəyik”. O qədər özlərindən razı idilər ki, hətta “bufer zona” adlanan əraziləri də tərk etməyəcəklərini söyləyirdilər. İndi fərqli bir vəziyyət yaranıb, indi biz qan tökdüyümüzü söyləyir və yaranan yeni situasiyanı düşmənə elə-belə pay verməyəcyimiz deyirik. Artıq qoşunların təmas xətti, “bufer ərazilər” barədə danışıq olmayacaq, qeyri-müəyyən status barədə fikirlərlə beynimizi xarab etməyə icazə verməyəcəyik”.

 

Analitik əlavə edib ki, mümkün danışıqlar prosesinin necə baş tutacağını heç kim bilmir: “Silahlar dayanmır və vəziyyət hərbi müstəvidə inkişaf etməyə davam edir. Buna görə də indi Qarabağın gələcək statusu barədə danışmağa dəyməz. Burada erməni tərəfinin necə davranacağına baxmalıyıq. Şərtlərimizi təklif etdik və bunlar da BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində öz əksini tapdı. Bu şərtləri yerinə yetirsinlər, necə edəcəklər – bu, onların problemidir. Məğlubiyyətlərini etiraf etməlidirlər, etiraf etməsələr, öz vəziyyətlərini ağırlaşdıracaqlar. Bu vəziyyətdə ATƏT Minsk Qrupu dörd qətnaməyə əsaslanan BMT mandatını yerinə yetirməlidir. Bu səbəbdən ATƏT Minsk Qrupu erməni tərəfi ilə danışmalıdır. Bizimlə danışmağa ehtiyac yoxdur. Biz öz problemlərimizi güc yolu ilə həll edirik”.

 

“Mövcud vəziyyət Azərbaycanın status məsələsində şərtlərini dəyişdirməsinə imkan verir və Ermənistan tərəfi bunu dərk edərək, bütün danışıqların başlamadan başa çatması üçün hər şeyi edir. Ermənistanın Baş Naziri son əsgərə qədər döyüşəcəklərini deyirsə, hansı statusdan danışırıq?! Belə bir insanla necə danışmaq olar?! Bütün formatlar – “Madrid prinsipləri” və digər fərqli planlar tarixin arxivinə göndərildi. Ermənistan tərəfinə nəyinsə müqabilində təklif edəcəyimiz heç bir şey yoxdur: bizə bazarlıq predmeti olaraq təklif olunan beş rayondan üçünü və Dağlıq Qarabağ ərazilərinin bir hissəni artıq azad etmişik. Hansı danışıqlardan söhbət gedə bilər?! Bir ordu son hədəflərinə doğru yarı yolda necə dayana bilər?! Ermənilər ya özləri oradan çıxmalıdırlar, ya da onları biz çıxaracağıq. Fikrimcə, ikinci yol daha realdır, çünki erməni tərəfi təslim olmayacağını deyir. Buna görə əminliklə deyə bilərik ki, indi yeni bir reallıq yaranıb ki, bu da əvvəllər olan hər şeyi artıq sıfırlayıb”, - deyə Vəlizadə fikrini yekunlaşdırıb.

Müəllif: Nicat Hacıyev      23 Oktyabr 2020 15:31
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin