Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp Kaliforniyaya yardım edəcək

Tramp Kaliforniyaya yardım edəcək

Nevsom: "Vaxtında reaksiya verdiyi üçün ona minnətdaram!”

 

Kaliforniya əyalətindəki yanğınlar üçün federal yardım tələbini rədd edən ABŞ Prezidenti Donald Tramp qərarını dəyişdirərək köməyi təsdiqlədiyi açıqlanıb


AYNA xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya qubernatoru Gavin Nevsom Ağ Evin aylardır yanğına qarşı mübarizə aparan əyalətdəki ziyanı ödəmək üçün federal yardım tələbini qəbul etdiyini açıqlayıb. Problemi Trampla görüşərək həll edən qubernator Nevsom yazılı açıqlamada köməyə görə təşəkkür etdiyini ifadə edib: “Böyük Fəlakət Bəyannaməsi tələbimizi təsdiqləyən Prezident Trampla görüşümü yenicə tamamladım. Vaxtında reaksiya verdiyi üçün ona minnətdaram!” 


Qeyd edək ki, D.Tramp avqust ayında Pensilvaniyada çıxışlarının birində Kaliforniyada meşə yanğınları üçün dəstək istəklərinə cavab verməyəcəkləri mesajını vermişdi və yanğın bölgəsinə səfəri zamanı əyalət rəhbərliyini yanğına qarşı lazımi tədbirlər görməməkdə günahlandırmışdı. Federal Təcili Yardım İdarəetməsi (FEMA) ilk saatlarda sentyabr ayında baş verən yanğınların “Kaliforniya əyaləti üçün yetərli olmadığı” səbəbi ilə tələbin qəbul edilmədiyini açıqlamışdı. Lakin qubernator Nevsom Trampla telefon danışığında onu razı salmağı bacararaq 346 milyon dollarlıq yardım paketini təsdiqlətməyi bacarıb. 


Sentyabr ayı boyunca davam edən meşə yanğınları ayın sonunda təxminən 1000 kaliforniyalını evsiz qoyub, fərqli bölgələrdəki yanğınlarda 3 nəfər ölüb və təxminən 8 min kvadrat kilometr meşəlik ərazi külə dönüb.


Kaliforniya Yanğından Mühafizə İdarəsinin məlumatına görə, ilin əvvəlindən bəri təxminən 8500 meşə yanğınında 16.000 kvadrat kilometrdən çox əraziyə ziyan dəyib və ən az 31 nəfər ölüb.

Müəllif: Ayna.az      17 Oktyabr 2020 20:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin