Əsas səhifə Haqqımızda Xəbər lenti

Erməni kilsəsi və terror: Böyük yalanın izi ilə…

Erməni kilsəsi və terror:       Böyük yalanın izi ilə…

“Kilsə tanrı və vətəndən öncədir! Kilsə varsa, onlar da var olacaq”, - deyən bir toplumun kilsə vasitəsi ilə terrorçuluğa gəlişindən bəhs edirik

 

Orta əsrlərdən Van ətrafı və İranın bəzi əyalətlərinə köç edib yaşayan azsaylı ermənilərin dövlətləri olmadığından, onların həm dini, həm də siyasi mərkəzi erməni kilsələri sayılırdı. Prof. Yaqub Mahmudov son araşdırmalarında qeyd edir ki, erməni kilsələri siyasi mərkəz kimi dövlətdən imtiyazı ilk dəfə Qaraqoyunlu dövlətinin zamanında almışdı. Onlara Üçmüədzində kilsə tikməyə icazə verilmişdi.

 

Səfəvilər dövründə isə bu imtiyazlarını bir az daha artırmışdılar. Bu, səbəbsiz deyildi. Həmin dövrlərdə şiə Səfəvi və sünni Osmanlı arasında ticarəti ancaq yəhudi və erməni tacirlər edirdilər. Çünki bir şiə tacirinin Osmanlı torpaqlarına daxil olması qadağan idi. Səfəvidə də eyni qadağa mövcud idi. Ona görə də mütləq müsəlman olmayan kəslər ticarət edə bilərdilər.

 

Ermənilərin saraylara bu cür yaxın olmaları, saraya bahalı hədiyyələr gətirmələri, ticarətdə həm də bəzi xəbər sızdırmalarda rollarının olması onları dövlət xadimlərinin yanında bəzən lazımlı adamlara çevirirdi. Erməni qriqorian kilsələrinin də tikilməsi, təmiri üçün icazələr bu üzdən verilirdi. Səfəvi Şahı I Abbasın dövründən bütün kilsələrin mərkəzi Üçmüədzinə köçürüldü və dövlət onların fəaliyyəti qarşılığında sadəcə vergi almaqla kifayətləndi.

 

Bu faktlar həm Səfəvi, həm də Osmanlı dövlətlərində görülməkdədir. Zaman keçdikcə həmin kilsələr çox ciddi siyasi birliklər heasb olunur və bir-biriləri ilə əlaqə saxalaya bilirdilər. Onların böyük maliyyə ehtiyatları vardı ki, həmin maliyyənin hansı yöndə xərcləndiyini imperiyalar zəiflədiyində bir sıra erməni siyasi hərəkatlarında izləmişik.

 

Çar Rusiyası Cənubi Qafqazı işğal etməyə başlayanda həm bölgədə qaçaq yaşayan, həm də Qacarlar və Osmanlıdan olan ermənilər ruslarla danışıqlara girərək, müxtəlif təxribatlar, içdən parçalamalar yönündə fəaliyyət göstərirdilər. Erməni kilsələrinin katolikosları bu işdə xüsusi rol oynayırdılar. Cənubi Qafqazda ermənilərin sayını çoxaltmaq və etnik dayaq yaratmaq istəyən rus imperiyası Azərbaycanın xristian albanlarına da zorla qriqorian məzhəbini qəbul etdirdi. 1800 ildən artıq zamanda var olan alban katolikosluqları ləğv edildi və erməni qriqorian kilsəsinə tabe edilərək qriqorian kilsəsi kimi də fəaliyyət göstərməyə başladı.

 

Bölgədə erməni kilsəsinin fəallaşması

 

XIX əsr Osmanlı tarixinin ən ağır dövrü idi. Ruslarla 1806-1812, 1828-1829 müharibələri, 1853-1856 Krım müharibəsi, yenidən 1877-1878 rus -türk müharibələri ölkəni dərindən sarsıtmış və gücdən salmışdı. 1878-ci il müharibəsində Osmanlıda yerləşən erməni kilsə mərkəzi baş katolikos Nerses Varjabedyanın iştirakı ilə yığışaraq qərar verdi və rus ordusunun yeganə dayaq olduğunu erməni cəmiyyətlərinin nəzərinə çatdırdı. Bundan sonra Rusiya çarlığına nümayəndə heyəti göndərildi. 1878-ci ildə müharibənin yekunu kimi, Mkırtıç Ayrik Xrimyan və digərləri rusların istəyi ilə Berlin konfransına yola düşdülər.

Rus Türk Müharibəsi 1877 1891. Rus-Türk Müharibələri - qısa ...

Berlin konfransında günlərlə qapıda oturan Xrimyan konfransa gələn qərbli diplomatlara “Məni qəbul edin, dilinizi bilmirəm, ermənilər adından göz yaşları dili ilə danışacağam”, - deyərək bütün nəzərləri özünə çəkmişdi. Ondan sonra qəbul edilən Xrimyan istəyinə nail oldu. İlk dəfə ermənilər beynəlxalq konfransda özlərini tanıda bildilər. 

 

Bundan sonra qriqorian kilsəsinin nüfuzu daha da artdı. Osmanlını parçalamaq istəyən və Rusiyanın ermənilər üzərində nəzarətini görən Qərb artıq erməni kilsəsi mərkəzi ilə əlaqələr saxlayır, onlarla münasibət qurur, danışıqlar üçün nümayəndə heyəti göndərirdi. Hətta, Qərbin bir sıra fondları tərəfindən də erməni kilsələrinə maliyyə ayrılması faktı var.

 

Bunun ardınca erməni din adamları tez-tez Avropaya səyahətlər etdilər. Fransa onların ən isti münasibət gördüyü ölkələrdən idi. Tez bir zamanda Fransa da daxil, bir sıra ölkələr erməni kilsələrinə maliyyə yardımları ayırdı. Bu yardımlarla Osmanlının müxtəlif şəhərlərində erməni məktəbləri və erməni mədəniyyət mərkəzləri açıldı. Çox keçmədi, Üçmüədzində yerləşən mərkəz də İrəvan və Qarabağ ərazisində eyni işləri gördü.

Erməni keşiş cəbhədəki itkilərindən danışdı: 3 ölü, 15 yaralı ...

Erməni din xadimləri dayanmırdılar. Tez bir zamanda Qərbin istəyi və baş katolikosun xeyir-duası ilə “Hınçak”, ardınca “Daşnaksütun” kimi silahlı təşkilatlar yaranmağa başladı. Silahların və geyimlərin alınmasını, ümumiyyətlə bütün maddi-texniki təminatı erməni kilsələri təşkil edirdi. Hətta, mənbələrdə var ki, “Hınçak” terror təşkilatı aradan götürdüyü diplomatlar və dövlət adamlarının siyahısını da baş katolikos verirmiş.

 

Van, Qars, Ərzurum, Azərbaycanda isə İrəvan, Naxçıvan, Qarabağda kəndlərin yandırılması, soyqırımlar törədilməsi əmrini də kilsələr verirdi. Onlar bunu gənc ermənilərə “dənizdən dənizə böyük ermənistan” torpaqlarını bərpa etmək uğrunda fədai borcu olaraq təlqin edirdilər. 1905-1906-cı illərdə Qarabağda törədilən qırğınlar haqqında yazan Mir Möhsün Nəvvab qeyd edir ki, Şuşada qırğınlardan az sonra xəbər tutuldu ki, Şuşa erməni kilsəsinin yeraltı qatında məxfi silah-sursat var. Növbəti qırğına hazırlıq gedir. Bundan narahat olan əhali şəhər üsul-idarəsinin başçısı rus generala xəbər göndərib. Araşdırmalar zamanı iki kilsənin yeraltı qatından çoxlu sayda tüfəng, güllə, top, bomba tapılıb və şəhər meydanına çıxarılıb. Heç ruslar da bilmirmişlər ki, bu qədər silah kilsəyə necə gətirilib. Ter Karapet və Asatur Vartapetov adlı keşişlər isə Şuşadan Zəngəzurdakı kilsəyə göndəriliblər.

 

Böyük yalanın arxasınca...

 

Paris Siyasi Elmlər Məktəbində müəllim işləyən Mişel Mariyan adlı erməni kökənli şəxs də Fransada yayılmanan “Espirt” siyasi dərgisində 1886-cı ildə “Qızıl dönəmdən sonra erməni terrorizmi” adlı məqalə yazmışdı. Həmin məqaləsində müəllif yazır: “1875-1881-ci illər erməni terrorizminin qızıl dövrü olub. Bu dövrdə kilsələrin əmrinə uyan ermənilər, həqiqətən də inanaraq, özlərinin haqlı olduğunu düşünərək kəndləri yandırırdılar. Əslində, türk Osmanlı onlara qarşı hər hansı hücum etməmişdi. Bu gün də siyasilərin yalanına uyan xalq edilməyən soyqırıma görə türk siyasətindən üzr gözləməkdədir”.

 

Müəllif daha bir yazısında ASALA terror təşkilatından söz açaraq, erməni qanunlarının silah gücü ilə qəbul etdirilməsi yönündə bu təşkilatın yarandığını qeyd edir. Dünyadakı erməni kilsələri ASALA-ya silah yardımı, maliyyə yardımları edib. Təşkilat güclənən kimi dünyanın ən amansız terror təşkilatlarından birinə çevrilib. Əcdadları daşnak terrorçuları kimi onlar da “vətən də, tanrı da kilsədən başlanır” prinsipini bir daha təsdiqlədilər.

 

Kilsə və Qarabağ

 

Erməni kilsəsinin fəaliyyəti Qarabağ müharibəsi zamanı da görünməkdə idi. Hələ 1991-ci ilin 30 may tarixində “Həyat” qəzetində “Kilsədə silah anbarı” başlıqlı yazı yayımlandı. Dağlıq Qarabağdan bəhs edən bu məqalədə kilsələrin birində 6 minaatan elektrik detonatoru ilə birlikdə, 130 kustar üsulla hazırlanan əl qumbarası, qumbaraatanlar üçün qumbaralar, döyüş sursatı cəbhəxanası və s. haqqında məlumat verilmişdi. O zaman Respublika Dövlət Təhlükəsizliyi Komitəsi Əsgəran rayonunda salınan Qılıcbak erməni kəndində kilsənin gizli anbarında həmil silahları tapmış və kilsəni ibadətə bağlamışdı.

155mm Field Howitzer M117 | Ruffles Wiki | Fandom

Qarabağ müharibəsi başlananda da erməni kilsəsinin xeyir-duası ilə terrorçu ermənilər dinc Azərbaycan türklərinə qarşı bir sıra terror aktları törətdilər. Dövlət idarələrimiz yandırıldı, vuruldu. Bu, azmış kimi, kilsə Livanda, Suriyada, Fələstində yaşayan erməni kilsələrinə də müraciət edərək maddi və könüllü əsgər yardımı istədi. Hazırda da Ermənistan siyasi elitasına qriqorian kilsəsinin təsiri var. Çünki kilsə güclüdür. Avropa dövlətləri ilə dövlətin əldə edə bilmədiyi danışıqları erməni kilsəsi həll edir. Kilsə Ermənistanda dərin dövlət hesab edilir. Siyasilər mütləq baş katolikosa hesab verməlidirlər.

 

“Erməni kilsəsi xristianları narahat etməlidir”

 

Rus diplomatı general Mayevski xatirələrində bu barədə yazırdı: “Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini fəaliyyəti olduqca cüzidir. Tanrı kəlamlarından kənara çıxaraq daha çox xalqları bir-birinə qarşı qoymaq, qırğınlar törətmək fəaliyyətindədirlər”.

 

Bir zamanlar Üçmüədzinə səfər edən fransız maarifçi alim Baron de Bay da bu haqda yazırdı: “Bu kilsə bir zamanlar saxta pul düzəldənlərin yuvası olub. Bu monastr dini mərkəzdən çox siyasi mərkəz kimi fəaliyyətdədir. Bu, dünyadakı saf ibadətlə məşğul olan, xalqlar arasında qardaşlıq münasibətləri yaratmaq istəyən xristianları narahat etməlidir”.

 

Erməni kilsəsi dünyada var olan erməni lobbisinin də məsləhət alacağı mərkəzdir. Bir sıra dövlətlər erməni kilsəsinin, erməni lobbisinin gücündən yararlanmaq üçün onlara müəyyən imtiyazlar verir. Məsələn, qonşu İran İslam Respublikası blokadada olduğu bir vaxtda Ermənistan ilə güclü siyasi-diplomatik münasibətlər saxlayır. İranda erməni kilsələrinin mərkəzi olan Vank kilsəsi Amerikada və bəzi Qərb ölkələrindəki erməni lobbisinə çağırış edərək Ağ Evin İrana qarşı sanksiyalarının yumşaldılmasına çalışır. Əvəzində İran ermənilərə məktəb, erməni dili və mədəniyyəti fakültəsi açıb. Erməni dərgiləri fəaliyyət göstərir, kilsələrin təmiri həyata keçirilir.

 

Beləliklə, dünyada dinlərin tolerantlığı mövzusu gündəmdəykən Ermənistanda din və dinin mərkəzi terrorizmə xidmət edir. Bu gün də günahsız azərbaycanlılara qarşı sərhədyanı kəndlərdə müxtəlif terror aktları törədilir. “Böyükdən kiçiyə kimi türkləri öldürün!” əmrini isə qriqorian kilsəsi verir.

Müəllif: Şəhla Cabbarlı      16 Avqust 2020 23:12
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin