Atasına yas mərasimi keçirdi, cərimələndi

Atasına yas mərasimi keçirdi, cərimələndi

Mərasimdə iştirak edən altı nəfər polis şöbəsinə gətiriliblər

 

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar operativ qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunması istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Məzahir Mustafayevin karantin rejiminin qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.

 

Polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb, ev sahibi M.Mustafayev və mərasimdə iştirak edən altı nəfər polis şöbəsinə gətiriliblər.

 

Burada onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Müəllif: Ayna.az      13 Avqust 2020 18:59
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin