“WhatsApp”da yeni funksiya hazırlanır

“WhatsApp”da yeni funksiya hazırlanır

Eyni vaxtda dörd qurğu ilə istifadə etmək imkanı olacaq

 

“WhatsApp” mesenceri öz istifadəçilərinə bir akkauntu, eyni vaxtda dörd qurğu ilə istifadə etmək imkanı yaradacaq. AYNA xarici mediaya istinadən bildirir ki, sözügedən funksiya hələlik hazırlıq mərhələsindədir.

 

Bu, istifadəyə verildikdən sonra mesencerdə “Linked Devices” (bir-biri ilə bağlı qurğular) adlı xüsusi bölmə açılacaq. İstifadəçi bu bölmədə yeni qurğular əlavə edə biləcək.

 

Yeniliyin nə vaxt əlçatan olacağı barədə məlumat verilmir. Qeyd edək ki, bir qədər əvvəl mütəxəssislər “WhatsApp” mesencerində mesajları tarixinə görə sürətlə axtarmağa imkan verəcək funksiyanı testdən keçirməyə başlayıb. 

Müəllif: Ayna.az      24 İyul 2020 16:04
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin