“Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur”

“Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur”

“Hazırda qanla bağlı heç bir çətinliyimiz yoxdur”

 

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

 

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O bildirib ki, hazırda qanla bağlı heç bir çətinliyimiz yoxdur.

Müəllif: Ayna.az      16 İyul 2020 14:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin