Avropa Liqasının püşkü atılıb

Avropa Liqasının püşkü atılıb

Türkiyə klubu “Mançester Yunayted”lə qarşılaşa bilər

 

Avropa Liqasının 2019/20-ci illər mövsümünün Almaniyada təşkil olunacaq final mərhələsinin püşkatma mərasimi keçirilib. AYNA xəbər verir ki, 1/4 və 1/2 final mərhələlərinin, həmçinin, final matçının püşkü atılıb.

 

Koronavirus pandemiyası üzündən Avropa Liqasının 1/8 final mərhələsi martda yarımçıq dayandırıldığından, püşkatmada səkkiz cüt iştirak edib.

 

1/4 final

 

1. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) cütünün qalibi / “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi

 

2. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi / “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) cütünün qalibi

 

3. “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) cütünün qalibi / “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) cütünün qalibi

 

4. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) cütünün qalibi / “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi

 

1/2 final

 

5. 4-cü cütün qalibi – 2-ci cütün qalibi

 

6. 3-cü cütün qalibi – 1-ci cütün qalibi

 

Final

 

5-ci cütün qalibi - 6-cı cütün qalibi

 

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları avqustun 5-6-da olacaq. Almaniyanın Köln, Duysburq, Düsseldorf və Qelzenkirxen şəhərlərində baş tutacaq 1/4 final oyunları isə avqustun 10-11-də, 1/2 final 16-17-də, final 21-də keçiriləcək.

Müəllif: Ayna.az      10 İyul 2020 18:39
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin