İlham Əliyev: “Dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi”

İlham Əliyev: “Dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi”

Azərbaycan Prezidenti Yaponiyanın İmperatoruna başsağlığı verib

 

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı məktubu göndərib. AYNA xəbər verir ki, məktubda deyilir:

 

“Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Müəllif: Ayna.az      7 İyul 2020 17:38
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin