Pandemiyanın iqtisadiyyatımıza nə qədər ziyan vurduğu dəqiq bilinmir

Pandemiyanın iqtisadiyyatımıza nə qədər ziyan vurduğu dəqiq bilinmir

Mikayıl Cabbarov: “Hazırda bu proses davam edir”

 

“Pandemiya dövründə ümumilikdə idxalın həcminin azalması beş faiz ətrafında müşahidə edilir”. AYNA xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Onun sözlərinə görə, ixrac əməliyyatında da azalma müşahidə olunur: “Dünya bazarında neftin qiymətində azalmanın olması ixraca da təsir edib. Qeyd edim ki, ixrac etdiyimiz məhsulların dəyəri idxalın dəyərini üstələyir”.

 

Nazir bildirib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurması barədə danışmaq hələ tezdir: “Hazırda bu proses davam edir. Hesablamalar aparılır”.

Müəllif: Ayna.az      30 İyun 2020 11:56
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin