Turistlər üçün iki həftəlik karantin müddəti qaldırılır

Turistlər üçün iki həftəlik karantin müddəti qaldırılır

İspaniya hökuməti turizmi canlandırmaq üçün tədbirlər görür

 

İspaniya hökuməti koronavirusla bağlı mühüm qərar verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, turizmi canlandırmağa çalışan İspaniya hökuməti, bu sırada turistlər üçün tətbiq olunan iki həftəlik karantin müddətini iyulun birindən qaldırmağı planlaşdırır.

 

Belə ki, İspaniyada karantin müddəti yumşaldıqdan sonra ölkəyə gələn xarici turistlər pandemiyanın yayılmasının qarşısını almaq üçün 2 həftə karantində saxlanılırdı. İspaniyanın Xarici İşlər naziri Araçha Qonzalez əvvəlcədən qadağanın ləğv olunacağını açıqlasa da, dəqiq tarix bildirməmişdi.

 

Qeyd edək ki, İspaniyada 282 mindən çox insan virusa yoluxub, 28 mindən çox insan isə həyatını itirib.

Müəllif: Ayna.az      25 May 2020 19:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin