Parlamentdə qarşıdurma: Müxalifət Baş Nazirə danışmaq imkanı vermədi - FOTO

Parlamentdə qarşıdurma: Müxalifət Baş Nazirə danışmaq imkanı vermədi -         FOTO

Müxaliflər hökumət başçısına “maska tax” deyərək etiraz ediblər

 

Avropada koronavirusdan ən çox zərər görən ölkələrdən biri olan İtaliyanın Baş Naziri Cüzeppe Kontenin görüntüsü mübahisələrə səbəb olub. AYNA xəbər verir ki, karantin müddətinin vaxtı ilə bağlı təşkil olunan parlament iclasında Baş Naziri öskürək tutması qarışıqlığa səbəb olub.

 

Maska taxmaması ilə diqqət çəkən Konteyə xüsusilə müxalifət cəbhəsindən sərt reaksiya verilib. Belə ki, müxaliflər hökumət başçısına “maska tax” deyərək etiraz ediblər.

 

Bundan sonra Konte nitqini yarımçıq saxlayaraq tribunanı tərk edib.

 

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 228 min, ölənlərin sayı isə 32 min 486 nəfər təşkil edir.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      22 May 2020 16:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin