Əsas səhifə Haqqımızda Xəbər lenti

Fransada son sutka ərzində koronavirusdan ölənlərin sayı açıqlanıb

Fransada son sutka ərzində koronavirusdan ölənlərin sayı açıqlanıb

Koronavirus can almaqda davam edir 

 

Fransada son bir gündə daha 218 nəfər koronavirusdan ölüb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə ölkə səhiyyəsi baş idarəsinin direktoru Jerom Salomon Səhiyyə Nazirliyində keçirdiyi brifinqdə bildirib.

 

O, qeyd edib ki, bununla ölkədə COVID-19 qurbanlarının sayı 24 594 nəfərə çatıb.

 

"Ölkədə COVID-19-dan ölənlərin sayı 24 594 nəfər təşkil edir. Bu halda 218 nəfər bir gün ərzində artdı", - o deyib.

 

Jerom Salomonun sözlərinə görə, epidemiya ərzində xəstəxanalarda 15 369 insan ölüb, qocalar evlərində isə 9 225 nəfər vəfat edib.

Müəllif: Ayna.az      2 May 2020 06:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin