Əsas səhifə Haqqımızda Xəbər lenti

Boris Consonun işə qayıdacağı tarix açıqlanıb

Boris Consonun işə qayıdacağı tarix açıqlanıb

Baş Nazir ayın 12-də xəstəxanadan buraxılıb

 

Böyük Britaniyanın koronavirusdan müalicə olunan Baş Naziri Boris Conson sabahdan etibarən vəzifəsinin icrasına davam edəcək.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərənin hökumət sözçüsü məlumat yayıb.

 

Qeyd edək ki, martın 27-də koronavirus testi pozitiv çıxan Conson karantinə götürülmüş, simptomları ağırlaşdığından isə aprelin 5-dən reanimasiyaya yerləşdirilmişdi. Aprelin 9-da reanimasiyadan çıxan Baş Nazir ayın 12-də xəstəxanadan buraxılıb və müalicəsini ev şəraitində davam etdirir.

Müəllif: Ayna.az      26 Aprel 2020 19:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin