“Vasitəçilər İsraili atəşkəs razılaşmasının bütün şərtlərini yerinə yetirməyə məcbur etsələr...”
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan girovların qrafikə uyğun olaraq azad edilə biləcəyini bildirib. AYNA xəbər verir ki, bu barədə HƏMAS-ın “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, “vasitəçilər İsraili atəşkəs razılaşmasının bütün şərtlərini yerinə yetirməyə məcbur etsələr, girovların azad edilməsi yaxın 5 gün ərzində baş tuta bilər”.
Qeyd olunub ki, girovların azad edilməsinin ləngiməsi İsrailə “müqavilənin bütün şərtlərinə ciddi şəkildə əməl etmək” zərurəti ilə bağlı “xəbərdarlıqdır”.