Daşkəsəndə sel ciddi fəsadlara səbəb olub: yol çöküb

Xəbərlər

14.06.2026 - 13:15

Ərazidə vəziyyət qiymətləndirilir, çökmənin miqyası araşdırılır

Daşkəsəndə güclü yağışların və sel sularının yaratdığı fəsadlar nəticəsində yol çöküb. AYNA.AZ "Report"a istinadən xəbər verir ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunda sel sularının təsiri ilə iri yarğanlar əmələ gəlib.

Nəticədə yolun bir hissəsi, eləcə də asfalt örtüyü tamamilə çöküb.

Hadisə yerinə 31 saylı Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunublar. Ərazidə vəziyyət qiymətləndirilir, çökmənin miqyası araşdırılır.

Yolun bir tərəfindən istifadə etmək mümkündür. Sürücülərə həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları və aidiyyəti qurumların xəbərdarlıqlarını nəzərə almaları tövsiyə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş