PUA-nın hansı ölkəyə aid olduğu hələ dəqiq müəyyən edilməyib
Qara dənizin Türkiyə sahilində döyüş pilotsuz təyyarə aşkar edilib. AYNA.AZ xəbər verir ki, bu barədə IHA xəbər agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, pilotsuz təyyarə silahlandırılıb. Yerli hüquq-mühafizə orqanları Bartın əyalətindəki Kapisuy çimərliyini təxliyə edib və lazımi təhlükəsizlik tədbirlərini görüb. Pilotsuz təyyarə nəzarətli şəkildə məhv edilib.
PUA-nın hansı ölkəyə aid olduğu hələ dəqiq müəyyən edilməyib, lakin ilkin hesablamalara görə, bu, Rusiya ilə Ukrayna arasındakı münaqişə zamanı istifadə edilən cihazlardan biridir.