“Təl-Əviv bu razılaşmanı pis hesab edir: çünki o İsrailin maraqlarına ziddir”
İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampın elan etdiyi ABŞ-İran razılaşmasını "xəyanət" hesab edir. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail xəbər agentliyi “Ynet” yüksək vəzifəli məmurlara istinadən məlumat yayıb.
Onlardan biri nəşrə bildirib ki, “Təl-Əviv bu razılaşmanı pis hesab edir, çünki o İsrailin maraqlarına ziddir”.
Mənbə həmçinin əlavə edib ki, İsrail ABŞ-İran danışıqlarının gedişatına təsir etmək imkanlarının məhdud olmasından narahatdır.