Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində yanğın olub

Hadisə

14.06.2026 - 11:53

Alov tam söndürülüb: yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb

Ağdam rayonunun Qaradağlı kəndində ildırım düşməsi nəticəsində mağaza və mebel sexində yanğın baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğınsöndürmə texnikaları cəlb olunub.

Yanğının genişlənməsinin qarşısını almaq məqsədilə Ağcabədi və Bərdə rayonlarından əlavə yanğınsöndürən qüvvələr də əraziyə göndərilib.

Yanğınsöndürənlərin həyata keçirdiyi əməliyyat nəticəsində alov tam söndürülüb, yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisənin səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş