Hadisə gecə saatlarında "Fin qəsəbəsi" ərazisində baş verib
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında "Fin qəsəbəsi" ərazisində baş verib.
Asif Balabəyovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quliyevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.