Alpinist Antar əl-Absinin cəsədi Damt vulkanının kraterində aşkar edilib
Yəmən xilasediciləri "Hörümçək adam" ləqəbi ilə tanınan alpinist Antar əl-Absinin cəsədini Damt vulkanının kraterində aşkar ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə Yemen “Online”ı məlumat yayıb.
Nəşrin məlumatına görə, alpinistin cəsədi onun itkin düşməsindən dərhal sonra başlayan axtarış əməliyyatından sonra sönmüş vulkanın içindəki isti sulardan çıxarılıb.
Əl-Absi sosial mediada ipsiz, avadanlıqsız və ya çəkməsiz dırmandığı videoları ilə məşhur idi. Bu, ona yəmənlilər arasında "Hörümçək adam" ləqəbini qazandırmışdı.