7 vaqondan ibarət, ümumi çəkisi 490 ton buğda tədarük olunacaq
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək. AYNA.AZ "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton buğda tədarük olunacaq.
Qatar saat 15:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.