Üç rayonun sakinlərinə xəbərdarlıq

Xəbərlər

02.10.2019 - 10:27

Proses bu gün axşam 19:00-dək davam edəcək

 

Oktyabrın 2-si səhər saat 08:30-dan Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərinə başlayıb. “Azəriqaz” İstehsalat Birliyindən AYNA-ya verilən məlumata görə, proses bu gün axşam 19:00-dək davam edəcək.

 

Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Bundan başqa, adıçəkilən idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.

Müəllif: Ayna.az