Əraqçi və Qalibaf Cenevrəyə gedəcəklər: ABŞ ilə müqavilə imzalanacaq

Dünya

15.06.2026 - 14:48

Müqavilənin imzalanması mərasimi iyunun 19-na planlaşdırılıb

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə müqavilənin imzalanması üçün Cenevrəyə gedəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) danışıqlardan məlumatlı olan İran rəsmilərinə istinadən xəbər yayıb.

Mənbələr qeyd ediblər ki, müqavilənin imzalanması mərasimi iyunun 19-na planlaşdırılıb. İddiaya görə, mərasimdə ABŞ tərəfini vitse-prezident Cey.Di.Vens təmsil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş