Tovuzda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərə MÜRACİƏT

Xəbərlər

14.06.2026 - 14:33

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Tovuzun “Turan” qadın voleybol klubunun 2026 – 2027 mövsümündə CEV Çempionlar Liqasında çıxışı ilə əlaqədar olaraq ev oyunlarının baş tutacağı zalın beynalxalq tələblərə uyğunlaşdırılması üçün Tovuz Olimpiya İdman Kompleksində müvafiq işlərin aparılmasına zərurət yaranıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən 27 iyun – 2 iyul tarixlərində Tovuz şəhərində keçirilməsi planlaşdırılan qabiliyyət imtahanlarının keçiriləcəyi yer eyni tarixlərdə Göygöl şəhərinin Göygöl Olimpiya İdman Kompleksinə dəyişdirilib.

Məkan dəyişikliyi ilə əlaqədar abituriyentlərin (subbakalavrların) imtahana buraxılış vərəqələri yenilənib. İmtahanda iştirak edəcək abituriyentlərdən (subbakalavrlardan) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni yenidən çap etmələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş