Amerika lideri Ukraynadakı hərbi əməliyyatlara son qoymağa çağırıb
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefonla danışıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Söhbət zamanı Vladimir Putin Trampı 80 illik yubileyi münasibətilə təbrik edib. Putinlə söhbətində Tramp yenidən Ukraynadakı hərbi əməliyyatlara son qoymağa çağırıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, “Tramp Putinin təbriklərindən təsirlənib, ona təşəkkür edib və qeyd edib ki, Rusiya Prezidenti bu gün ona zəng edən ilk xarici lider olub”.
Uşakov həmçinin bildirib ki, söhbət zamanı Putin ABŞ-ın birinci xanımı Melaniya Trampın rus və ukraynalı uşaqların ailələri ilə yenidən birləşdirilməsindəki rolunu tərifləyib.
Uşakov vurğulayıb ki, Putin və Tramp ABŞ və İran arasında memorandumun hazırlanması da daxil olmaqla bir sıra digər məsələləri də müzakirə ediblər.