Əkrəm İmamoğlu vətəndaşları telekanalları baykot etməyə çağırdı

Dünya

19.06.2019 - 19:52

Cümhuriyyət Xalq Partiyasının (CHP” İstanbul Bələdiyyəsinin sədrliyinə nazimədi Əkrəm İmamoğlu seçkilərə qədər televiziya verilişlərinə çıxmayacağını bildirib.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, Ə.imamoğlu bu barədə İstanbulun Üsküdar bölgəsində seçicilərlə görüşü zamanı məlumat verib: “İstanbullu həmvətənlilərimə bir tövsiyyəm olacaq. Bazar gününə qədər televiziyalara baxmayın, çünki mən də telekanallarda olmayacağam. Heç baxmağa ehtiyac da yoxdur, seçkilərə dör-beş gün qalıb, daha çox çalışmalıyıq”.

 

İmamoğlu televiziyalardakı qaralama kampaniyası haqqda da danışıb: “Televiziyaya baxmağa ehtiyac yoxdur. Ona görə ki, orada çox pis danışırlar, özlərini gülməli hala salanlar da az deyil. Onları izləyib gülürəm. Daha çox işləyib, insanlardan kömək tələb etməliyik”.

 

Xatırladaq ki, 23 iyunda Türkiyədə İstanbul Bələdiyyə seçkiləri yenidən keçiriləcək. Bundan əvvəl 31 martda keçirilən seçkilər saxtakarlıq iddiası ilə ləğv edilmişdi.

Müəllif: Ayna.az