“Fox News”: İran Hörmüz boğazından keçid üçün rüsumları ləğv edəcək

Dünya

14.06.2026 - 18:04

Bundan sonra boğazın suları minalardan təmizlənəcək

İran ABŞ ilə münaqişələrin aradan qaldırılması müqaviləsinin bir hissəsi olaraq Hörmüz boğazından keçən gəmilər üçün rüsumları ləğv etməyə razılaşıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News” ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

"İran rüsumların alınmayacağı strateji boğaz açacaq", - deyə mənbə qeyd edib.

Bundan əlavə, müqavilə imzalanarsa, ABŞ-ın blokadanı qaldıracağı və İranın boğazı açacağı dəqiqləşdirilib. Yalnız bundan sonra boğazın suları minalardan təmizlənəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş