Muəllif: Rauf Mirqədirov

ROBİN QUD SİNDROMU

BİZLƏR VƏTƏNDAŞLAR TOPLUMUNA ÇEVRİLMƏMİŞİK Birinci məqalə İsti-isti Gəncə hadisələrini dəyərləndirmək istəyi vardı. Amma bir az sakitləşəndən  sonra  fikrimdən daşındım. Bir müddət hadisələri kənardan müşahidə etməyə üstünlük verdim. Necə deyərlər, emosiyalara uymamağı qərara aldım. Hadisələrdə islamçıların günahladırılması da, kütləvi həbslər də, şübhəli şəxslərin bir qisminin həbs zamanı qətlə yetirilməsi də, və yəhayət, terroristlərin arxasında xarici güclərin durması haqqında ehtimallar da gözlənilən idi. Bu ssenari çox asanlıqla oxunurdu.  Elə bil ki, öz əlimlə yazmışdım.

Tam mətn
Muəllif: Seymur Kazımov

Cəzasızlıq sindromu və cavabsız suallar

Müstəqil media olsaydı, Azərbaycanın gün ərzində iki dəfə rəsmən qaranlığa qərq olmasını detalları ilə aydınladar, işıqlığa çıxarardı. Müstəqil ekspertlər, iqtisadçılar, energetiklər bu anormal hadisənin başvermə səbəblərini müzakirə edər, bu məsələyə cavabdeh əlaqədar qurum və şəxsləri fakt qarşısında qoyardılar. İqtisadçılar soruşa bilərdi ki, “Azərenerji”yə ayrılan vəsaitlər hara gedib? Və yaxud paytaxtda və regionlarda tikilən elektrik stansiyaları nə üçündür? Onu da soruşa bilərlər ki, iyul ayında havaların isti keçməsi elektrik kabellərini necə əridə bilər?

Tam mətn