Muəllif: Pərviz Cəbrayıl

İnternetlə sevişənlərin faciəsi

Yeri gəldikcə sosial şəbəkələrin, rabitə əlavələrinin həyatımıza təsirindən yazmışam. Ancaq bu mövzu internetin özü kimi bitib-tükənən deyil. Bu gün gördüyüm bir sosial video-çarx içimi alt-üst elədi, təkan verdi, yenə yazıram. Çarxın süjeti belədi: Ana beş yaşlı qızının paltarlarını ütüləyir, telefonu da çiyniylə qulağına sıxıb, kiminləsə danışır. Uşaq gah anasına baxır, gah ruhdan düşüb başını nəyləsə qatmaq istəyir. Sonra nahar edirlər.

Tam mətn
Muəllif: Administrator

Söz

Sözlər də adamlar kimidir. Uzunu-qısası var, gözəli-eybəcəri, arığı-kökü var. Uşaq vaxtından sözləri yadımda saxlamaq üçün hər sözü bir şəklə bağlayıb yaddaşıma atırdım. İndiki dillə desək, assosiativ üsuldan istifadə edirdim. Sonralar bu mənə xarici dilləri öyrənməkdə də kömək elədi. Mənim üçün ən arıq söz – “un” sözüydü. “Kök” sözü (sifət kimi) yadımda “Bir qalanın sirri” filmindəki Hadı kimi qalmışdı. O sözü sevmirdim, gombul sözü ürəyimə yatırdı.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Ana dilimizdə 37 havası

və ya doğrudanmı, orfoqrafiya “islahatı” dilimizi edam kötüyünə aparır? Təbiətdə köklü-köməcli nəhəng ağaclar da olur, kökü üzdə qalmış cılız kol-kos da. Bir az bərk külək qalxan kimi həmin kol-kosu dibindən qoparıb ora-bura çırpa-çırpa sovurub aparır, köklü ağaca isə heç fırtınanın da gücü çatmır. Neçə vaxtdır ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarının yeni layihəsi ilə bağlı cəmiyyətdə yaşanan həyəcanlar, mediadakı müzakirələr nədənsə, gözümün qabağına bu ağac-kol mənzərəsini gətirir.

Tam mətn