Muəllif:

Xəyanət etmiş arvadını öldürdü, 13 il cəza aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən Fuad Kəlbiyevin cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Fuad Kəlbiyev arvadı Lətafət Ağayevanın başqa şəxslərlə görüşdüyünü eşidib.

Fuad Kəlbiyev arvadının ona xəyanət etməsi şübhəsi ilə bağlı aralarında mübahisə yaranıb. Lətafət Ağayeva əri haqqında Lənkəran Şəhər Polis Şöbəsinə etdiyi rəsmi müraciət edib. Polis Fuad Kəlbiyevi 19 dekabr 2012-ci il tarixdə idarəyə çağırıb. Həmin gün saat 09:00-da Fuad qardaşı Asəf Kəlbiyev ilə Lənkəran şəhərinə getmək üçün Tükəvilə kəndinin mərkəzində mikroavtobusa minib.

Həmin mikroavtobusda olan Lətafət Ağayeva Fuad Kəlbiyevə söyüşlər söyüb. Bu səbəbdən də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Fuad Kəlbiyev arvadını öldürmək qərarına gəlib. Fuad Kəlbiyev həmin vaxt orada olan Lətafət Ağayevanın atası Lətafət Ağayevnın və qardaşı Hüseyn Ağayevin yanında cinayəti törədib. O, Lətafət Ağayevanın müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbələri vuraraq onu öldürüb.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Fuad Kəlbiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, 2012-ci ilin avqust ayında Rusiyadan gələndən sonra arvadı Lətafət Ağayevanın hərəkətlərində soyuqluq hiss edib:

“Arvadımın kiminləsə əlaqəsi olduğunu fikirləşmişəm. Bununla bağlı araşdırma apardım və Lətafətin İnqilab adlı şəxslə münasibəti olmasını öyrəndim. Bu barədə qızım Fidan və oğlum Firqətdən soruşdum. Fidan və Firqət gecə analarının yatağında başqa kişi gördüklərini dedilər. Firqət bir dəfə də həmin şəxsin maşının açarını götürərək qonşu həyətə atdığını, buna görə də onu döydüklərini dedi. İnqilab ilə əlaqə saxladım. İnqilab arvadım ilə əlaqəsi olmasını etiraf etdi. Lətafət ilə evdə tək qalıb söhbət etdim. Lətafət İnqilabla telefonla danışdığını, lakin görüşmədiyini bildirdi. Lətafətdən bu cavabı alandan sonra onu evdən qovdum. Həmin vaxt aramızda heç bir dava-dalaş olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 12-də, Lətafət Ağayeva atası ilə birlikdə Lənkəran şəhər polis şöbəsinə gedərək ondan şikayət ediblər: “Buna görə də dekabrın 19-da polisə getmək üçün Lənkəran şəhərinə işləyən  mikroavtobusuna mindim. Bu zaman qaynatam Qəhrəman Ağayevi, qaynım Hüseyn Ağayevi və arvadım Lətafət Ağayevanı gördüm. Həmin vaxt yanımda qardaşım Asəf də var idi. Qardaşım Qəhrəman Ağayevə “sən mənim qayınatamsan, gəl belə iş tutma, polisə getmə ayıbdı” sözlərini dedi. Həmin vaxt Qəhrəman Ağayev və oğlu Hüseyn Ağayev Asəfin üzərinə cumaraq söyüşlər söydülər. Lətafət cavan rəhmətə getmiş qardaşım Məmmədin qəbrinə söydü. Buna görə də bıçağı çıxardaraq Lətafətə söyüş söyməməsini dedim. Amma Lətəfat söyüş söyməyə davam etdi. Lətafət Ağayevanın yaxasından tutaraq ona 5 bıçaq zərbəsi vurdum. Sonra Lətafətin başından tutaraq marşrutdan endirdim və müxtəlif yerlərinə çoxsaylı bıçaq zərbələri vurmağa başladım. Onun hərəkətsiz vəziyyətdə olduğunu görərək öldüyünü zənn etdim. Qəhrəman Ağayevə üzümü tutaraq qızının xəyanət edərək başqaları ilə gəzdiyinə görə onu öldürdüyümü dedim. Sonra evə gedərək anam ilə görüşdüm. Oradan Lənkəran şəhərinə polis şöbəsinə gedərək bıçağı təqdim etdim və arvadımı vurduğumu bildirdim”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Rəfiqə Ağayeva deyib ki, mərhum Lətafət onun qızıdır. Onun sözlərinə görə, Fuad Kəlbiyev cinayət əməlini təkbaşına deyil, qardaşı Asəf Kəlbiyevin rəhbərliyi və bacısı oğlu Ağasif Salayevin birbaşa iştirakçılıqları ilə törədib. O, Fuad Kəlbiyevə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib. Məhkəmənin hökmü ilə Fuad Kəlbiyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 733