Muəllif:

Ziyafət Əsgərov: Minsk qrupu ilə məsələ bu cür davam edə bilməz

Birinci vitse-spiker hesab edir ki, ATƏT Minsk qrupu Ermənistana təzyiqi artırmalıdır. «Təəssüf ki, Minsk qrupunun regiona bu dəfəki gəlişi hər hansı bir yeniliklə müşahidə olunmayıb. Məsələ bu cür davam edə bilməz. Həmişə demişik və bu gün də təkidlə tələb edirik ki, onlar Ermənistana təzyiqi artırsınlar», — bu barədə jurnalistlərə birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, bu məsələnin yubanması sözsüz ki, hər şeydən əvvəl Minsk qrupunun özünün fəaliyyətinə təhlükədir və zərərli haldır, cəmiyyətdə belə təəssürat yaranır ki, onlar gəlib-getməklə məşğuldur və heç bir iş görə bilmirlər.

Əsgərov qeyd edib ki, bu çox təəssüfləndirici haldır. «Biz dəfərlə bəyan etmişik, bu münaqişənin sülh yolu ilə həll edilməsi imkanları hələ tükənməyib, amma görsək ki, Ermənistan ancaq imitasiya ilə məşğuldur, danışıqlar xatirinə danışıqlar aparır və yaxud danışıqlardan qaçır, əlbəttə ki, Azərbaycanın imkanları var ki, işğal olunmuş əraziləri azad etsin. Buna kifayət qəfər hərbi gücümüz var», — Əsgərov vurğulayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 119