Amerika lideri İrana 300 milyon dollar ödəmə ilə bağlı xəbərləri təkzib edib
“ABŞ-ın İrana 300 milyon dollar ödəmək planı yoxdur”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında yazıb.
"İran heç vaxt nüvə silahına sahib olmamağa razılaşdı. Bundan əlavə, ABŞ-ın İrana 300 milyon dollar ödəməsi ilə bağlı xəbər Demokrat Partiyası tərəfindən yayılan saxta xəbərdir!!!", Tramp yazıb.
ABŞ Prezidenti ehtimal ki, İranın anlaşma memorandumu çərçivəsində yenidənqurma üçün 300 milyard dollar əldə edə biləcəyi ilə bağlı media xəbərlərinə istinad edib.
Xüsusilə, “Financial Times” qəzeti Tramp administrasiyasının hökumətlər əvəzinə ölkəyə investisiya qoymaq istəyən özəl şirkətlər üçün 300 milyard dollarlıq İran fondunu maliyyələşdirməyi təklif etdiyini yazıb. Nəşrin mənbəyə istinadən bidlridiyinə görə, İranın fonda çıxışı yeni müqaviləyə uyğunluqdan asılı olacaq. Fond ölkənin yenidənqurma və modernləşdirmə səylərini dəstəkləmək üçün nəzərdə tutulub. Rəsmilər bildiriblər ki, Avropa, Asiya, o cümlədən Yaponiya və Cənubi Koreyadakı bizneslər, eləcə də ABŞ-dan maraq var.