Baş naziri Açilbay Ramatov və digər rəsmi şəxslər qarşılayıblar
Bu gün Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfər edib. AYNA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.