Tramp Fransanı 100 faizlik tariflərlə hədələyir

Dünya

15.06.2026 - 22:35

Makron Amerika texnologiya şirkətlərinə rəqəmsal vergini ləğv etməsə...

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu Amerika texnologiya şirkətlərinə rəqəmsal vergini ləğv etməsə, bütün Fransız şərablarına və şampanlarına 100 faizlik tarif tətbiq edəcəyi ilə hədələyib. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə “New York Post” qəzetinə verdiyi müsahibədə bildirib.

Tramp Makrona bu xəbərdarlığı göndərdiyini və texnologiya şirkətlərinə tətbiq edilən 3% vergini ləğv etməsini tələb etdiyini, əks halda, Fransanın Amerika bazarında ağır tariflərlə üzləşəcəyini və bunun dünya miqyasında Fransa şərab satışlarının beşdə birini (illik 2 milyard dollardan çox) təşkil etdiyini söyləyib.

"Mən ondan Amerika şirkətlərinə tarif tətbiq etməməsini xahiş etdim və əgər tətbiq etsələr, mənim Fransada istehsal olunan bütün şampan və bütün şərablara 100% tarif tətbiq etməkdən başqa çarəm qalmayacaq. Makronun etməli olduğu tək şey satış vergisini ləğv etməkdir, sonra isə o belə bir təzyiq altında qalmayacaq", - deyə Amerika lideri bildirib.

Fransanın GAFAM vergisi kimi tanınan rəqəmsal xidmətlər vergisi 2019-cu ildən qüvvədədir. Bu vergi “Alphabet” (Google-ın ana şirkəti), “Amazon”, “Meta” və “Apple” kimi şirkətlərin qazandığı yerli gəlirlərdən tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş