Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

Xəbərlər

16.06.2026 - 16:23

Dəniz suyunun temperaturu cənub çimərliklərində 23-24 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti sabah Abşeron çimərliklərində gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən AYNA.AZ-a verilən məlumata görə, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş