Prezident bu barədə Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
Prezident İlham Əliyev, həmçinin oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.