İndoneziyada güclü zəlzələ olub

Dünya

16.06.2026 - 14:48

Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib

İndoneziya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Mütəxəssislərin fikrincə, zəlzələnin episentri təxminən 282.000 insanın yaşadığı Sulavesi adasındakı Palu şəhərindən 46 km cənub-şərqdə yerləşib.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş