Sabahın havası: 35 dərəcə isti olacaq

Xəbərlər

16.06.2026 - 15:10

Ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 19-22° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.

Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 19-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-20°, bəzi yerlərdə 23-28° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş