Faunaya divan tutanlar saxlanılıb

Xəbərlər

14.11.2019 - 16:57

Hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib

 

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb və onların ov tüfəngləri müsadirə olunub.

 

AYNA-ya bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ov edənlərin Astara rayon sakinləri Ramin Əliyev, Xəyalət Hüseynov və Ramin Nuriyev olduğu məlum olub.

 

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib. 

Müəllif: Ayna.az