ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 bombardmançı təyyarəsi Edvards Hərbi Hava Qüvvələri bazasından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
AYNA.AZ xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
İlkin məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələri bazasından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisənin baş vermə səbəbləri və mümkün itkilər barədə məlumatlar araşdırılır.