Hindistanda dini mərasimdə faciə: <font color=red> 30 nəfər həlak olub</font>

Dünya

14.09.2019 - 19:00

Hindular Qaneşanın doğum gününü qeyd etmək üçün hər il xüsusi mərasim təşkil edirlər

 

Hindistanda baş tutan dini mərasimdə faciə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Maharaştra şəhərində Hindu tanrısı Qaneşanın heykəlinin suya batırıldığı mərasimdə 18 nəfər boğularaq dünyasını dəyişib. 

 

Lakin Qaneşa Çaturthi festivalı çərçivəsində davam edən mərasimin faciəsi bununla bitməyib. Belə ki, mərasim əsnasında daha bir neçə nəfər boğularaq həyatını itirib və ölənlərin sayı 30-a çatıb. 

 

Qeyd edək ki, hər il minlərlə hindu Qaneşanın doğum gününü qeyd etmək üçün 10 gün davam edən mərasimdə dua etdikdən sonra Qaneşanın heykəllərini suya batırırlar. 

 

Onu da əlavə edək ki, hindulara görə, tanrı Qaneşa elm, rifah və yaxşılığı təmsil edir.

Müəllif: Mərahim Nəsib